Mauro İkardinin karyerasını hansı klubda davam etdirəcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı hücumçunun meneceri Elio Pino futbolçunun İtaliyaya qayıtmaq variantını nəzərdən keçirdiyini açıqlayıb.

Menecerin sözlərinə görə, İkardinin mümkün ünvanlarından biri A Seriyasında çıxış edən “Komo” klubudur. O, bu klubun argentinalı futbolçu üçün uyğun seçim ola biləcəyini bildirib.

“İkardi üçün ən yaxşı variantlardan biri “Komo”dur. Bir neçə seçim üzərində işləyirik. Qərar istənilən an verilə bilər”, - deyə Pino qeyd edib.

Menecer eyni zamanda İkardinin Argentinaya qayıtmaq niyyətində olmadığını və bu ölkənin klublarından heç biri ilə danışıqlar aparmadıqlarını vurğulayıb.

Hazırda “Komo” ilə İkardi arasında rəsmi razılaşmanın əldə olunduğu açıqlanmayıb. Bununla belə, argentinalı hücumçunun gələcəyi ilə bağlı danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, İkardi “Qalatasaray”da keçirdiyi 4 mövsüm ərzində 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Argentinalı futbolçu İstanbul təmsilçisi ilə 4 dəfə Türkiyə çempionluğu yaşayıb.