“Qalatasaray” “Real Madrid”in futbolçusu Eduardo Kamavinqanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi üçün İspaniya klubuna 35 milyon avro təklif edib. “Foot Mercato”nun məlumatına görə, “Real Madrid” bu məbləği qənaətbəxş hesab etməyib və təklifi “gülünc” kimi dəyərləndirib. Bildirilir ki, “Qalatasaray” UEFA-ya oyunçu siyahısının təqdim olunması üçün son tarixədək orta sahəyə yeni futbolçu cəlb etməyi planlaşdırır. İstanbul klubu “Çelsi”yə keçidi son anda baş tutmayan Lamine Kamaranın vəziyyətini də izləyir.
Bildirilir ki, “Monako” transfer pəncərəsi bağlanana qədər təxminən 50 milyon avroluq satış həyata keçirməyə çalışır. Fransa klubu Kamara və Folarin Balogunla bağlı təklifləri nəzərdən keçirə bilər.