Göyçayda tövlədə güclü yanğın olub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.
Belə ki, Göyçay rayon Şəkər kənd sakini, 1979-cu il təvəllüdlü Əsgərov Rəşad Ziyad oğluna məxsus ümumi sahəsi 45m² olan tövlənin yanar konstruksiyaları və çardağa yığılmış 3 ton ot bağlaması birlikdə yanaraq külə dönüb. Tövləyə bitişik 27m² sahədə talvar yanğından mühafizə olunub.
Yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və çox sayda canlı qüvvəsi cəlb olunub. Yanğın tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.