Türkiyə Super Liqasında keçiriləcək "Fənərbağça"- "Beşiktaş" derbisi öncəsi İstanbul təmsilçisində ciddi itki var.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça"nın heyətində yalnız bir futbolçu derbidə iştirak etməyəcək. Zədəsi davam edən Marco Asensionun "Beşiktaş"a qarşı forma geyinməyəcəyi dəqiqləşib.
Bununla yanaşı, əvvəlcə zədələri ilə bağlı sual işarəsi olan digər futbolçulardan Kerem Aktürkoğlu və Mert Günokun vəziyyəti müsbətdir. "Konyaspor" matçında başından zərbə alan Kerem tibbi nəzarətdən keçdikdən sonra derbidə oynaya biləcək. Müalicəsini başa vuran Mert Günok da heyətdə yer alacaq.
Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" qarşılaşması 5 sentyabr saat 20:00-da keçiriləcək.