“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının ilk turunda “İnter”lə keçiriləcək oyun öncəsi mətbuat konfransında Arda Gülerlə bağlı diqqətçəkən açıqlama verib.
Metbuat.az xəbər verir ki, qarşılaşma öncəsi jurnalistlərdən biri Mourinyoya Trent Aleksander-Arnoldun yarımmüdafiənin mərkəzində oynadılıb-oynadılmayacağı ilə bağlı sual ünvanlayıb. Baş məşqçi isə cavabında Arda Güler, Eduardo Kamavinqa və Bernardo Silvanın həmin mövqedə olmayacağını bildirib. Mourinyo bu qərarın “alqoritm” tərəfindən verildiyini deyərək, heyətdə beş fərqli variantın olduğunu, lakin konkret seçim barədə danışmayacağını vurğulayıb.
O, “Bu barədə şərh verməyəcəyəmQərarı alqoritm verdi. Beş seçimimiz var və onların hamısından danışa bilərik, amma sonda heç nə deməyəcəyəm”, - deyə bildirib.
Bildirilir ki, Mourinyonun bu sözləri Arda Gülerin “İnter”lə matçda hansı mövqedə çıxış edəcəyi ilə bağlı marağı daha da artırıb.