“Qalatasaray” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi səfərdə Portuqaliyanın “Sportinq” klubunun qonağı olacaq. Komandanın əsas hücumçusu Viktor Osimen zədəsi səbəbindən bu qarşılaşmada iştirak etməyəcək.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray”da Osimenin yoxluğunda hücum xəttində kimin meydana çıxacağı müəyyənləşmək üzrədir. Yerli KİV-in məlumatına görə, baş məşqçi Okan Buruk nigeriyalı futbolçunun yoxluğunda iki oyunçuya güvənir. Bunlar Barış Alper Yılmaz və Deniz Güldür.
Bununla yanaşı, Burukun hücum xəttində Rafael Leao variantını da nəzərdən keçirdiyi bildirilir. Baş məşqçinin “Sportinq”lə çətin səfər qarşılaşmasında müdafiəyönümlü futbol oynamaq niyyətində olmadığı, komandasından cəsarətli və hücumameyilli oyun gözlədiyi qeyd olunur.
Qeyd edək ki, “Qalatasaray” ötən mövsüm Çempionlar Liqasında son 16 mərhələsinə yüksəlmişdi. İstanbul klubu bu dəfə də turnirdə uğurlu çıxış etməyi hədəfləyir.