“Qalatasaray” Çempionlar Liqasının ilk turunda “Sportinq”lə keçirəcəyi səfər oyunu öncəsi daha bir itki ilə üzləşib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Abdülkerim Bardakcı zədəsi səbəbindən qarşılaşmada ilk əsas heyətdə meydana çıxmayacaq.

Milli futbolçunun “Sportinq”lə matçda oynamağa tam hazır olmadığı bildirilib. Baş məşqçi Okan Burukun da Abdülkerimi riskə atmaq istəmədiyi qeyd olunub.

Daha əvvəl Viktor Osimen, Mario Lemina və Vilfried Singonu zədə səbəbindən itirən “Qalatasaray” üçün problemlər daha da artıb.

Abdülkerimin yoxluğunda yeni transfer El-Şadail Biçşiabunun start heyətində meydana çıxacağı gözlənilir.

Komandanın əsas hücumçusu Viktor Osimenin də zədə səbəbindən oynamayacağı qarşılaşmada Barış Alper Yılmazın forvard mövqeyində çıxış etməsi planlaşdırılır.