“Fənərbaxça” rəhbərliyi “Beşiktaş”a 2:1 hesablı məğlubiyyətin ardından hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb. Məlumata görə, klub prezidenti Aziz Yıldırım əvvəlcə baş məşqçi İsmail Kartalla, daha sonra futbolçularla görüşüb. Yıldırımın komandanın derbidəki çıxışından narazılığını sərt şəkildə ifadə etdiyi bildirilib. Onun futbolçulara “Bu oyun sizə heç yaraşmadı. Bir daha belə futbol görmək istəmirəm” dediyi iddia olunub. Bununla yanaşı, klub prezidenti oyunçulara güvəndiyini və mövsümün sonunda çempionluq qazanacaqlarına inandığını söyləyib.
Qeyd olunur ki, görüşün sonunda futbolçular UEFA Çempionlar Liqasında “Roma” ilə qarşılaşmada qələbə qazanacaqlarına söz veriblər.