Fatih Tekke ilə yollarını ayıran “Trabzonspor”da yeni baş məşqçi axtarışı davam edir.

Metbuat.az xəbər verir ki, rəhbərliyin komandanın başına əcnəbi mütəxəssis gətirməyi planlaşdırdığı bildirilir. Məlumata görə, əvvəlcə Arda Turan və Fatih Terimin adları gündəmə gəlsə də, klub rəhbərliyi hər iki mütəxəssislə görüşmədiklərini açıqlayıb. Hazırda siyahının ilk pilləsində italiyalı mütəxəssis Antonio Konte yer alır. İddialara görə, “Trabzonspor” rəhbərliyi təcrübəli çalışdırıcını komandaya gətirmək üçün danışıqları davam etdirir. Namizədlər arasında ispaniyalı məşqçilər Marselino və Ernesto Valverde də göstərilir.

Qeyd edək ki, Fatih Tekkenin gedişindən sonra komandanı müvəqqəti olaraq Hüseyn Çimşir çalışdırır.