“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardiyə sürpriz təklif gəlib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı hücumçunun karyerasını Braziliyada davam etdirə biləcəyi iddia olunur.

Məlumata görə, Braziliyanın “Atletiko Mineyro” klubu İkardinin transferində maraqlıdır. Komanda əvvəlcə “Tottenhem”in hücumçusu Rişarlisonu heyətinə qatmaq istəyir. Bu transfer baş tutmasa, braziliyalılar İkardini əsas namizəd kimi nəzərdən keçirəcək.

İtaliyanın “Latsio” klubunun da İkardiyə maraq göstərdiyi, lakin futbolçunun bu təklifi qəbul etmədiyi bildirilir.

Qeyd edək ki, “Atletiko Mineyro” üç həftə əvvəl “Fənərbağça”nın yarımmüdafiəçisi Fredi transfer edib. Braziliyalı futbolçu yeni komandasında keçirdiyi 4 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İkardi isə hazırda azad agent statusundadır və yeni klub axtarışındadır.