Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb:

"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir".

09:24

Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.