“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenin yaşıl meydanlara dönəcəyi tarix bəlli olub.
Metbuat.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, 27 yaşlı hücumçunun zədəsinin sağalması təxminən 1 ay çəkəcək. Yerli mətbuat nigeriyalı ulduzun oktyabrın 13-də sarı-qırmızılı komandanın “Barselona”ya qarşı oynayacağı matçda forma geyinəcəyini yazıb.
Osimenin 1 ay əsas heyətdən kənarda qalması “Qalatasaray” azarkeşlərini məyus edib. 27 yaşlı futbolçunun “Trabzonspor” dərbisində yer almayacağı sarı-qırmızılı tərəfdarları əməlli-başlı kədərləndirib.