Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oktay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.
Qeyd edək ki, M.Ryan bu ilin martında casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.