"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 1-ci sərbəst yürüşünə start verilib.
Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, ilk olaraq “McLaren” komandasının pilotu Lando Norris trekə çıxıb.
Bakıda yerləşən Bakı Şəhər Halqasında keçirilən sessiyada pilotlar bolidlərin sazlanması, tras şəraitinin öyrənilməsi və yarışa hazırlıq məqsədilə mübarizə aparırlar.
1 saat davam edəcək sərbəst yürüşün sonunda pilotların nəticələri müəyyənləşəcək.