“Real Madrid”in ulduz futbolçusu Cud Bellinqem İngiltərədə növbəti fərdi mükafatına sahib olub.
Metbuat.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində ölkəsinin ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə İngiltərə milli komandasının mətbuat xidməti məlumat yayıb. Bellinqem sözügedən mükafata ikinci dəfə ardıcıl olaraq layiq görülüb.