İkinci Qarabağ müharibəsi zamanı Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk dəfə raket atəşinə tutulmasından 6 il keçir.

Metbuat.az xəbər verir ki, 2020-ci il oktyabrın 4-də səhər saatlarında şəhərə atılan raketlər yaşayış məntəqələrinə düşüb. Hücum nəticəsində mülki şəxs Tunar Əliyev həlak olub, 32 nəfər yaralanıb. Yaşayış evləri, mülki infrastruktur və tarixi tikililər də zərər görüb.

Gəncəyə endirilən zərbələr Qarabağ bölgəsindən kənarda həyata keçirilən ilk ciddi hücumlardan biri olub.

Ümumilikdə, müharibə zamanı şəhər oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya atəşinə tutulub. Hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb. Şəhərin mülki infrastrukturuna və nəqliyyat vasitələrinə də ciddi ziyan dəyib.