Ötən mövsüm “Real Madrid”də işləri yaxşı getməyən Eduardo Kamavinqa bu mövsüm həm klubunda, həm də Fransa millisində yenidən özünü göstərməyə başlayıb. Joze Mourinyo və Zinəddin Zidanın dəstəyi ilə yüksəlişə keçən fransalı futbolçu komandadan ayrılmaq planlarını təxirə salıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ötən mövsüm gözləntiləri doğrultmayan Kamavinqanın vəziyyəti bu mövsüm tamamilə dəyişib. 23 yaşlı yarımmüdafiəçi həmin dövrdə Fransa millisində də yerini itirmişdi. Lakin Zidanın dəstəyi ilə yenidən milliyə dəvət alan futbolçu əvvəlki formasına qayıtmağa başlayıb.
Ötən mövsüm “Real Madrid”də əsas heyətdən kənarda qalan Kamavinqanın klubdan ayrılacağı barədə xəbərlər yayılmışdı. Onun Fransa millisinin dünya çempionatı heyətinə dəvət edilməməsi də karyerasında dönüş nöqtəsi kimi qiymətləndirilirdi.
Lakin futbolçu artıq Madrid klubundan ayrılmağı düşünmür. O, hətta istirahət günlərində belə fərdi məşqlərini davam etdirərək yenidən meydanda özünü göstərməyə hazırlaşır.
Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın Kamavinqanı yenidən heyətə cəlb etməsi futbolçuya böyük motivasiya verib. Millətlər Liqasında meydana çıxan Kamavinqa nümayiş etdirdiyi oyunla diqqət çəkib.
Futbolçu “Real Madrid”də də Joze Mourinyonun etimadını qazanıb. Portuqaliyalı mütəxəssis Kamavinqaya güvənir və ona mütəmadi olaraq şans verir.
Kamavinqanın “Real Madrid”dən ayrılacağı ilə bağlı xəbərlər onun “Qalatasaray”ın gündəminə gəlməsinə səbəb olmuşdu. İddialara görə, İstanbul klubunun baş məşqçisi Okan Buruk Çempionlar Liqası üçün fransalı futbolçunu heyətinə qatmaq istəyirdi.
Lakin Kamavinqanın həm “Real Madrid”, həm də Fransa millisində yenidən yüksəlişə keçməsi “Qalatasaray”ın bu transferlə bağlı planlarını alt-üst edib.