“Qalatasaray” müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün müdafiəçi Vircil van Deyki transfer etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, baş məşqçi Okan Buruk müdafiədə yaşanan boşluqlar səbəbindən növbəti transfer dönəmində heyətə yeni futbolçunun cəlb olunmasını istəyib. Bildirilib ki, mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq 35 yaşlı Vircil van Deyk “Qalatasaray”ın transfer siyahısında ilk sırada yer alır. İngiltərə klubunun təcrübəli müdafiəçi ilə yeni sözləşmə imzalayıb-imzalamayacağı hələlik məlum deyil.

“Qalatasaray” rəhbərliyinin niderlandlı futbolçu üçün “Liverpul”a 10 milyon avrodan aşağı təklif göndərməyi, oyunçuya isə illik 10 milyon avro maaş verməyi planlaşdırdığı qeyd olunub.