“Barselona”nın baş məşqçisi Hansi Flik “Qalatasaray”la oyun öncəsi futbolçularına xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, UEFA Çempionlar Liqasında İstanbul təmsilçisi İspaniya nəhəngini RAMS Parkda qəbul edəcək. “Sport” nəşrinin məlumatına görə, Flik İstanbul səfərinin Avropanın ən çətin oyunlarından biri olacağını düşünür. Almaniyalı mütəxəssis qarşılaşmanın çətinliyini PSJ ilə səfər matçı ilə müqayisə edərək futbolçularını stadiondakı atmosferə hazır olmağa çağırıb. Bildirilir ki, “Barselona”nın baş məşqçisi rəqibinə böyük hörmətlə yanaşır. O, Viktor Osimhen və Leroy Sane kimi ulduz futbolçulara malik “Qalatasaray”ın güclü heyətə sahib olduğunu düşünür.
Qeyd edək ki, “Barselona” bu mövsüm keçirdiyi 9 rəsmi oyunun hamısında qələbə qazanıb.