“Qalatasaray”ın baş məşqçisi Okan Burukun bu mövsüm az şans verdiyi İlkay Gündoğan və Kaan Ayhanın komandadan ayrılması gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, hər iki futbolçunun qış transfer pəncərəsində İstanbul təmsilçisini tərk etməsi gözlənilir. “Türkiye Gazetesi”nin məlumatına görə, İlkay Gündoğan mövsümün ilk turunda “Çorum”la matçda sonradan meydana daxil olaraq cəmi 6 dəqiqə oynayıb. Təcrübəli yarımmüdafiəçi bir müddət əvvəl jurnalistlərin “Barselona” ilə oyuna hazır olub-olmaması barədə sualına “Oynamıram ki, niyə hazır olum?” cavabını verib.

Kaan Ayhan da mövsümün ilk turunda “Çorum FK” ilə qarşılaşmanın son dəqiqəsində meydana çıxıb. Bundan sonra müdafiəçi əsas heyətdə müntəzəm şans qazana bilməyib.