“Qalatasaray” - “Barselona” qarşılaşmasına satışa çıxarılan biletlərin qiyməti diqqət çəkir. Ən ucuz bilet 2 500 türk lirəsindən, ən bahalı bilet isə 75 min lirədən təklif olunur. Bu məbləğlər müvafiq olaraq təxminən 90 manat və 2 588 manat təşkil edir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşılaşmaya böyük maraq göstərilməsi bilet qiymətlərində də özünü büruzə verir. Belə ki, 40 min lirəlik bilet təxminən 1 400 manata, 50 min lirəlik bilet isə 1 750 manata başa gəlir. Ən bahalı biletlərin qiyməti isə 75 min lirəyə, yəni təxminən 2 588 manata çatır.
Qiymətlər arasındakı ciddi fərq azarkeşlərə büdcələrinə uyğun seçim etmək imkanı versə də, ən bahalı biletlərin məbləği diqqətdən yayınmır. Xüsusilə 75 min lirəlik biletin satışa çıxarılması qarşılaşmaya olan marağın miqyasını göstərir.
İstanbulda keçiriləcək görüş təkcə meydandakı rəqabətlə deyil, biletlərin yüksək qiyməti ilə də gündəmə gəlib.