“Qalatasaray” rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq baş məşqçi Okan Burukla yeni müqavilə imzalamaq istəyir.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbek və klub rəsmiləri təcrübəli mütəxəssisə daha iki illik müqavilə təklif etməyi planlaşdırırlar. “Akşam” qəzetinin məlumatına görə, Okan Buruk da yeni sözləşmə təklifinə razılıq verib. Bildirilir ki, klubun müqavilə şərtlərini yeniləmək istədiyi digər futbolçu isə Barış Alper Yılmazdır. Rəhbərlik 26 yaşlı oyunçunun 2028-ci ildə başa çatacaq müqaviləsini uzatmağı və maaşını artırmağı nəzərdə tutur.

Məlumata görə, mövsümün əvvəlində Avropanın aparıcı klublarından təkliflər alan futbolçunu komandada saxlamaq istəyən “Qalatasaray” rəhbərliyi onun üçün 40 milyon avrodan aşağı olan təklifləri nəzərdən keçirməyəcək.