Nazirlər Kabineti "Sudan ödənişli istifadə Qaydaları"nı yeni redaksiyada təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edilməsinə, o cümlədən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə su obyektlərindən suyun götürülməsinə görə ödənişlər həyata keçirilir və ödənişlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) xəzinə hesabına köçürülür.