“Çox çətin stadionda oynayacağımızı bilirdik. Bura səfərdə oynaya biləcəyimiz ən çətin yerlərdən biridir”.

Metbuat.az xəbər verir ki, bunu “Barselona”nın gənc ulduzu Lamin Yamal “Qalatasaray”la matçdan sonra açıqlamasında bildirib.

O, qarşılaşmadan əvvəl komanda yoldaşları ilə “Qalatasaray” azarkeşlərinin yaratdığı atmosfer və rəqibin təzyiqi barədə danışdıqlarını qeyd edib.

“İlk hissənin sonuna qədər hesabı bərabərləşdirmək bizim üçün çox vacib idi. Onların ikinci qolu ləğv edilməsəydi, işlər bizim üçün daha çətin ola bilərdi. Qələbəyə görə çox xoşbəxtik. “Qalatasaray” keyfiyyətli komandadır”, - deyə futbolçu əlavə edib.