"Barselona”nın futbolçusu Lamine Yamal “Qalatasaray”ın oyunçusu Mario Lemina ilə matç zamanı yaşadığı mübahisədən danışıb.
Metbuat.az xəbər verir ki, Lamine Yamalın sözlərinə görə, rəqibi kobud müdaxilədən sonra ona “Cəhənnəmə xoş gəlmisiniz” deyib. Lemina daha sonra Yamalı oyunda heç nə edə bilməyəcəyi ilə bağlı sözlərlə qıcıqlandırmağa çalışıb. Lamine Yamal isə bu sözlərə mübahisə ilə deyil, oyunu ilə cavab verməyə üstünlük verdiyini vurğulayıb. O, qarşılaşmada iki məhsuldar ötürmə etdikdən sonra Lemina ilə yenidən göz-gözə gəldiyini və ona “Sənə demişdim” dediyini qeyd edib.
Qeyd edək ki, Çempionlar Liqası çərçivəsində keçirilən “Qalatasaray” - “Barselona” oyunu 1-4 hesabı ilə yekunlaşıb.