“Qalatasaray”ın futbolçusu Mario Lemina Lamine Yamalın paylaşımına cavab verib.
Metbuat.az xəbər verir ki, Yamal ötən mövsüm qabonlu futbolçunun onun haqqında işlətdiyi “Lamine Yamal kimdir? Mən Saneni tanıyıram” sözlərinə dünənki qələbədən sonra sosial mediada etdiyi paylaşımla münasibət bildirmişdi. Yamal, “İndi məni tanıyırmı?” yazaraq, Leminaya dediyi sözlərini xatırladıb.
Lemina isə Yamalın paylaşımına cavab olaraq “Əlbəttə, səni tanıyıram. Mənim balacam sənin üçün dəli olur. Təbriklər” sözlərini yazıb. Qeyd edək ki, Çempionlar Liqası çərçivəsində keçirilən “Qalatasaray” - “Barselona” oyunu 1-4 hesabı ilə yekunlaşıb.