İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Saleh Səmədov 8 il müddətə azadlıqdan məhrum olunub. Həmçinin iclasda bildirilib ki, təqsirləndirlən şəxs cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Xatırladaq ki, S. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.