“Qalatasaray” klubu Vircil van Deyki transfer etmək üçün hərəkətə keçməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçi və “Liverpul” rəhbərliyi ilə danışıqlara başlayacağı deyilir. Məlumata görə, Abdülkərim Bardakcı və Davinson Sançesin uzun müddətdir sıx oyun qrafiki ilə çıxış etməsi və müdafiədə səhvlərə yol verməsi rəhbərliyi yeni müdafiəçi axtarışına yönəldib. “Takvim” nəşrinin xəbərinə görə, İngiltərə klubu hələ təcrübəli müdafiəçinin müqaviləsini uzatmayıb. Onun müqaviləsi mövsümün sonunda başa çatacağı üçün klub onun mövsümün fasiləsində münasib məbləğ qarşılığında komandadan ayrılmasına icazə verə bilər. Bundan başqa, Vircil van Deykin uşaqlıq dostu və “Qalatasaray”ın sabiq futbolçusu Ömər Bayramla da danışdığı bildirilir.
İddialara görə, müdafiəçi İstanbul və Türkiyə klubu haqqında məlumat almaq üçün onunla fikir mübadiləsi aparıb.