Bu ilin III rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İlkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb.

Bu ilin II rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 1,4% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,3%, təkrar mənzil bazarı üzrə isə 1,4% artım qeydə alınıb.