“Beşiktaş” Belçika millisinin üzvü Nikolas Raskinin transferi ilə bağlı razılığa gəlib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün “Reyncers”ə 17 milyon avro ödəyəcək, futbolçu isə illik 5 milyon avro maaş alacaq.
“Sabah” qəzetinin məlumatına görə, tərəflər arasında prinsipial razılıq əldə olunub və yaxın həftələrdə ilkin protokolların imzalanması gözlənilir. Bildirilir ki, Raskinin “Beşiktaş”la rəsmi müqaviləsi , qış transfer pəncərəsi zamanı imzalanacaq. Belçika millisində futbolçunun komanda yoldaşı olan Leandro Trossard da onun Türkiyə klubuna keçidinə təsir göstərib.
Qeyd edək ki, Belçika millisində 22 oyun keçirən Raskin 2023-cü ildə 1,5 milyon avroya “Reyncers”ə keçib və Şotlandiya klubunda 155 matçda 13 qol, 23 məhsuldar ötürmə ilə yadda qalıb.