“Real Madrid” klubun yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə barədə şifahi razılıq əldə edib.
Metbuat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Məlumata görə, 23 yaşlı futbolçu Madrid təmsilçisinin uzunmüddətli müqavilə təklifini qəbul edib. “AS” nəşrinin məlumatına görə, yeni sözləşmə beşillik olacaq və Bellinqemi 2031-ci ilədək klubda saxlayacaq. Futbolçunun hazırkı müqaviləsi isə 2029-cu ildə başa çatır.
Qeyd edək ki, “Real Madrid” Cud Bellinqemi 2023-cü ildə Dortmund “Borussiya”sından 103 milyon avro sabit transfer məbləği qarşılığında heyətinə qatıb.