Səudiyyə Ərəbistanında terror təşkilatına qoşulmaq, təhlükəsizlik qüvvələrinə atəş açmaq və terror fəaliyyətini maliyyələşdirmək kimi cinayətlərdə təqsirli bilinən 5 nəfərin edam cəzası icra olunub.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan həmin şəxslər xarici terror təşkilatına qoşulmaq, təhlükəsizlik qüvvələrinə və xidməti nəqliyyat vasitələrinə atəş açmaq, silah və sursat saxlamaq, eləcə də ölkə daxilində terror aktlarını maliyyələşdirməkdə təqsirli biliniblər.
Məlumata görə, saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb. Onlara verilən ölüm hökmləri apellyasiya prosesindən sonra Ali Məhkəmə tərəfindən təsdiqlənib və bu gün icra olunub.