Premyer Liqanın 8-ci turunda üz-üzə gələcək “Qarabağ” və “Neftçi” oyunundan öncə iki klubun azarkeşləri matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında dava salıblar.

Metbuat.az Futbolinfo.az-a istinadən xəbər verir ki, hadisəyə dərhal müdaxilə edən polis onları sakitləşdirərək fanatları ayırıblar.

Polis hadisənin əsas iki iştirakçısını bölməyə aparıb.

Qeyd edək ki, Azərbaycan derbisi bu gün saat 19:00-da başlayacaq.