Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.

Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.

Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.