Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.