Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Maqsud Babayevin tədqiqat sahəsinə kənd təsərrüfatının ərazi təşkili problemləri, davamlı inkişaf, ətraf mühit, təbii ehtiyatların mühafizəsi və idarə olunması, Xəzər dənizinin ekoloji problemləri və su ehtiyatlarından istifadə məsələləri daxil olub.