“Zelenski bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib”.

Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft obyektlərinə PUA hücumlarını şərh edərkən deyib.

“Enerji atəşkəsi”nə baxmayaraq, Ukrayna Sankt-Peterburqdakı neft terminalı da daxil olmaqla, Rusiyanın bir sıra strateji obyektlərinə hücum edib. Bundan sonra Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandıran fərman imzalayıb.

Tramp hücumların dünya bazarında dizel yanacağının qiymətlərinə mənfi təsir göstərdiyini bildirib və Zelenskinin iki il əvvəl daha əlverişli sülh razılaşması əldə edə biləcəyini iddia edib.

Zelenski isə ABŞ-nin Rusiya Prezidenti Vladimir Putini dəstəkləməsinin “tarixi səhv və böyük fəlakət” olacağını deyib.