Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 767 min 348 ton neft məhsulları ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikası məlumat yayıb.

Bu həcmdə məhsulun dəyəri 570 milyon 317,5 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 %, dəyəri isə 2,1 dəfə çoxdur.

Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,4 % olub.