“Real Madrid”in “Sevilya”nı 4:1 hesabı ilə məğlub etdiyi matçda Arda Gülerin rəqib futbolçu Pequeyə dirsək zərbəsi endirdiyi iddiası müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, VAR hakimləri epizodu araşdırsalar da, futbolçunun hərəkətini dəqiq göstərən görüntü əldə edə bilməyiblər. “Mundo Deportivo”nun məlumatına görə, bu səbəbdən VAR hakimi Gilyermo Kuadra Fernandes baş hakim Mateo Buskets Ferreri monitora baxmağa çağırmayıb. FİFA-nın VAR protokoluna əsasən, müdaxilə üçün aşkar və ciddi səhvin olduğuna dair sübut tələb olunur.

Bildirilir ki, “Santyaqo Bernabeu” stadionunda quraşdırılmış 26 kameranın heç biri mübahisəli epizodu aydın şəkildə qeydə almayıb. Hadisə meydanın mərkəzindən uzaqda baş verdiyindən yalnız geniş bucaqlı kameralardan görüntülər əldə olunub. Yaxınlaşdırma funksiyası da epizodun ətraflı təhlilinə imkan verməyib.