Türkiyə Super Liqasının VIII turunda “Trabzonspor” və “Beşiktaş” komandaları üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, Trabzondakı “Papara Park” stadionunda baş tutan turun mərkəzi qarşılaşmasında meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. “Trabzonspor”un heyətində Ozan Tufan hesabı açıb. Matçın 71-ci dəqiqəsində Məhəmməd Salah fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
Qeyd edək ki, bu nəticədən sonra “Trabzonspor” turnir cədvəlinin 4-cü, “Beşiktaş” isə 5-ci pilləsində qərarlaşıb.