Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Barış Alper Yılmaz bu dəfə meydandakı çıxışı deyil, şəxsi həyatı ilə gündəmə gəlib. Milli futbolçunun model İrem Haznedar ilə eşq yaşadığı iddia olunur.
Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, “Qalatasaray”ın hücumçusu Barış Alper Yılmaz ilə model İrem Haznedar arasında romantik yaxınlıq yaranıb. Səs-küylə qarşılanan bu xəbər qısa müddətdə maqazin gündəminin diqqət çəkən mövzularından birinə çevrilib.
Mətbuatda yer alan məlumatlarda iki məşhur arasında münasibətin nə zaman başladığına dair konkret məlumat verilməyib. Futbolçunun şəxsi həyatını gündəmdən kənarda saxlamağa üstünlük verməsi də məsələyə marağı daha da artırıb.
Barış Alper Yılmaz və İrem Haznedar arasında eşq münasibəti olduğu barədə yayılan iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Tərəflərin məsələ ilə bağlı açıqlama verib-verməyəcəyi maraq doğurur.