“Mançester Siti” klubu maliyyə pozuntularına görə Premyer Liqadan kənarlaşdırıla bilər.
Metbuat.az xəbər verir ki, İngiltərə təmsilçisinə tətbiq ediləcək ən real cəzalardan biri mövsümün sonunda turnir cədvəlindəki mövqeyinə ciddi təsir göstərəcək böyük həcmdə xal silinməsidir. “Daily Mail” nəşrinin məlumatına görə, klubun yüksək məbləğdə cərimələnməsi də ehtimallar arasındadır.
Qeyd edək ki, Premyer Liqanın müstəqil komissiyası daha əvvəl “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə bağlı ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilib. Araşdırma zamanı 2009-2018-ci illərdə klubun gəlirlərini artırılmış, xərclərini isə azaldılmış şəkildə göstərmək üçün bəzi kommersiya müqavilələrindən istifadə etdiyi və maliyyə məlumatlarını gizlətdiyi müəyyənləşdirilib. Həmçinin, klubun auditorlara və futbol qurumlarına təqdim etdiyi hesabatlarda real vəziyyətin əks olunmadığı, Premyer Liqa və UEFA-nın maliyyə tələblərinin pozulduğu bildirilib. İstintaq prosesində liqa ilə əməkdaşlıq öhdəliklərinə əməl edilməməsi də klubla bağlı irəli sürülən məsələlər sırasındadır.