“Trabzonspor”un baş məşqçisi Tomas Rays Türkiyə Super Liqasının VIII turunda “Beşiktaş” üzərində qazanılan 2:0 hesablı qələbə ilə klubun tarixinə düşüb.

Metbuat.az xəbər verir ki, almaniyalı mütəxəssis komandanın başında keçirdiyi ilk üç liqa oyununda da qələbə qazanaraq bu uğura imza atan ilk əcnəbi baş məşqçi olub. Tomas Raysın rəhbərliyi altında “Trabzonspor” əvvəlcə “Qalatasaray”ı 4:0, daha sonra “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib. “Beşiktaş” üzərindəki 2:0 hesablı qələbə ilə komanda ardıcıl üçüncü oyununu qazanıb.

Qeyd edək ki, “Trabzonspor” bu üç qarşılaşmada qapısında qol görməyib və hücumda da məhsuldar çıxış edib.