Fransada kütləvi etirazlar və iğtişaşlardan sonra bir sıra şəhərlərdə komendant saatı elan olunub.

Metbuat.az xəbər verir ki, Baş nazir Sebastyan Lekornu Paris, Nitsa və ölkənin şimalındakı bəzi şəhərlərdə saat 20:00-dan 06:00-dək küçəyə çıxmağa məhdudiyyət qoyulduğunu açıqlayıb.

Hökumət iğtişaşlardan zərər çəkənlərə dəstək göstərməyi, dəymiş ziyanın isə hadisələrin məsul şəxslərindən alınmasını planlaşdırır.

Oktyabrın 17-də yarım milyondan çox insanın qatıldığı etirazlar həyat bahalılığı və dövlət xidmətlərinə çıxışın çətinləşməsi ilə bağlı başlayıb. Lakin nümayişlər sonradan zorakılıq və talanlarla müşayiət olunub, minlərlə insan saxlanılıb.

Daxili işlər naziri Loran Nünez hadisələr zamanı polisin hazırlıqsız olduğunu etiraf edərək istefa versə də, Prezident Emmanuel Makron onun ərizəsini qəbul etməyib.