Türkiyənin “Fənərbağça” klubunun braziliyalı qapıçısı Ederson Santana de Moraes xeyriyyəçi kimi tanınır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Edersonun həyat yoldaşı Lais aztəminatlı ailələr üçün ərzaq və gündəlik tələbat məhsullarından ibarət yardım bağlamaları hazırlayıb. Daha sonra futbolçu ailəsi ilə birlikdə qapı-qapı gəzərək bu yardımları ehtiyacı olan insanlara çatdırıb.

Ailənin uşaqlarla da vaxt keçirməsi və ehtiyac sahiblərinə şəxsən dəstək olması sosial mediada maraqla qarşılanıb.

Edersonun bu addımı futbolun yalnız meydandakı mübarizədən ibarət olmadığını, sosial məsuliyyətin və insanlara yardım etməyin də vacib olduğunu bir daha ortaya qoyub.