Astroloqlar oktyabr ayının ikinci yarısında maddi baxımdan bəxti gətirəcək altı bürcün adını açıqlayıblar.

Metbuat.az xəbər verir ki, bəzi bürclər üçün yeni gəlir imkanları, yüksək maaşlı iş təklifləri və gözlənilməz maliyyə qazancları gündəmə gələ bilər.

Qoç

Qoç bürcünün nümayəndələri üçün iş həyatında fəallıq göstərmək və yeni təşəbbüslərlə çıxış etmək baxımından əlverişli dövr proqnozlaşdırılır.

Əkizləri karyeralarında ciddi irəliləyiş gözləyə bilər. Yeni vəzifə və ya daha yüksək gəlirli iş imkanı onların maliyyə vəziyyətinə müsbət təsir göstərə bilər.

Şir

Şir bürcündən olanlar üçün cəsarətli qərarların ön plana çıxacağı bildirilir. Astroloqlar onların yeni imkanları dəyərləndirərək uzun müddətdir arzuladıqları məqsədlərə yaxınlaşa biləcəklərini proqnozlaşdırırlar.

Tərəzi

Tərəzilər üçün yüksək maaşlı iş təklifi və ya əlavə qazanc imkanları yarana bilər. Bu dövrün maddi sabitliyə nail olmaq baxımından uğurlu olacağı ehtimal edilir.

Oxatan

Oxatanları gözlənilməz maliyyə sürprizləri gözləyə bilər. Astroloji proqnoza görə, əlavə gəlir və ya hədiyyə onların büdcəsinə müsbət təsir göstərə bilər.

Balıqlar

Balıqların mükafat, bonus və ya əlavə ödəniş əldə edə biləcəkləri proqnozlaşdırılır. Bu isə onların şəxsi planlarını həyata keçirməsinə şərait yarada bilər.

Qeyd edək ki, astroloji proqnozlar elmi əsaslara söykənmir və maliyyə qərarları üçün etibarlı göstərici hesab edilmir.