“Qalatasaray” İngiltərədə çıxış edən isveçli yarımmüdafiəçi Yasin Ayarini transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Türkiyə klubunun “Brayton”la yeni müqavilə danışıqları nəticəsiz qalan futbolçunun vəziyyətini izlədiyi bildirilir. İngiltərənin “TEAMtalk” nəşrinin məlumatına görə, “Çelsi” də 22 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçə bilər. Məlumata görə, “Brayton” və Yasin Ayari yay transfer pəncərəsindən əvvəl yeni müqavilənin şərtləri ilə bağlı danışıqlar aparıblar. Lakin tərəflər arasında razılıq əldə olunmadığından digər klublar futbolçunun transferi imkanını nəzərdən keçirməyə başlayıblar.

Qeyd edək ki, “Qalatasaray” yay transfer dövründə də isveçli yarımmüdafiəçiyə maraq göstərib.