Futbol tarixinin ən böyük oyunçusunu müəyyənləşdirmək məqsədilə təsis edilən “Bütün zamanların Ballon d’Or” mükafatına namizədlər açıqlanıb.

Metbuat.az xəbər verir ki, siyahıda Kriştiano Ronaldo, Lionel Messi və Ronaldo Nazario ilə yanaşı, Yohan Kroyff və Frans Bekkenbauer kimi əfsanələr də yer alıb. “Ballon d’Or Of All Time” (B.O.A.T) adlanan mükafat uğrunda ümumilikdə 10 futbolçu mübarizə aparacaq. Namizədlər arasında Alfredo Di Stefano, Kevin Kiqan, Karl-Haynz Rummenigge, Mişel Platini və Marko van Basten də var. Məlumata görə, namizədlər siyahısına düşmək üçün “Qızıl top” mükafatını ən azı iki dəfə qazanmaq şərti qoyulub. Buna görə də mükafatı yalnız bir dəfə qazanan futbolçular namizədlər sırasında yer almayıblar. Səsvermə üçün hər səsə 1 avro ödənilir. Səsvermə Paris vaxtı ilə oktyabrın 27-də yekunlaşacaq.