“Fənərbaxça”da baş məşqçi İsmail Kartalın gələcəyi sual altına düşüb.
Metbuat.az xəbər verir ki, komandanın bazar ertəsi “Qalatasaray”la keçirəcəyi derbinin nəticəsi təcrübəli mütəxəssisin taleyinə təsir edəcəyi bilər. Avropa arenasında uğursuz çıxış edən İstanbul təmsilçisinin azarkeşləri son oyunlardan sonra Kartalın istefasını tələb ediblər. Xüsusilə “Aston Villa”ya 0:6 hesablı məğlubiyyət və “Slaviya Praqa” ilə görüşdə üstünlüyün əldən verilməsi narazılığı artırıb. Bundan başqa, baş məşqçinin bəzi legionerlərlə münasibətlərində problemlər yaşadığı da iddia olunur. Məlumata görə, “Qalatasaray”la derbidə məğlubiyyət baş verərsə, klub rəhbərliyi Kartalla yolları ayıra bilər.
“Türkiye Gazetesi”nin məlumatına görə, onun mümkün əvəzləyicisi də müəyyənləşib. Rəhbərliyin namizədlər siyahısında Türkiyə millisindəki vəzifəsindən ayrılan Vinçentso Montellanın ilk sırada olduğu bildirilir.