Qara dənizdə göyərtəsində azərbaycanlıların olduğu gəmi dron zərbəsindən sonra batıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Rumıniyanın Qara dəniz sahilində yerləşən Konstansa limanından təxminən 13 dəniz mili (24 kilometr) aralıda baş verib.

Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində bir dənizçi ölüb, 3 nəfər itkin düşüb, 9 nəfərin isə xilas edildiyi bildirilib.

İtkin düşən üç dənizçinin axtarışı üçün hadisə yerinə xilasetmə gəmiləri göndərilib.